Qonşu ölkəni koronavirus BÜRÜDÜ

Son üç həftə ərzində Gürcüstanda koronavirus dominant virus olub.

Qonşu ölkəni koronavirus BÜRÜDÜ
Son üç həftə ərzində Gürcüstanda koronavirus dominant virus olub.

meqale.com oxuya istinadən xəbər verir ki, bu barədə İmmunlaşdırma üzrə Milli Texniki Məsləhətçilər Qrupunun rəhbəri İvane Çxaidze məlumat verib.

"Laboratoriya tərəfindən təsdiqlənmiş məlumatlar göstərir ki, ölkədə hazırda koronavirus hadisələrinin ən yüksək sayı qeydə alınıb və bu, yay mövsümü üçün xarakterik deyil", - deyə Çxaidze bildirib.

Onun sözlərinə görə, maraqlısı budur ki, ölkədə sonuncu qrip hadisəsi iyulun əvvəlində qeydə alınıb. Çxaidze əlavə edib ki, hazırda Gürcüstanda yayılan bütün viruslar, əsasən, yüngül formadadır.