Qonşumuzun paytaxtı dünyada ən çirkli şəhər elan olundu
Hava keyfiyyətinin monitorinqi və hava təmizləyiciləri istehsalçısı olan İsveçrənin "IQAir" şirkəti Tehranı dünyanın ən çirkli şəhəri elan edib.
meqale.com xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, İran 207 indekslə hava çirklənməsi cədvəlinə başçılıq edir.
Bildirilir ki, təmiz havadan istifadə hüququ İranın xüsusən də böyük şəhərlərində ciddi şəkildə pozulan əsas vətəndaş hüquqlarından biridir.