Qonşunun antenasını düzəldən kişi yıxılıb öldü

Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

Qonşunun antenasını düzəldən kişi yıxılıb öldü
Neftçala sakini hündürlükdən yıxılaraq ölüb.

meqale.com xəbər verir ki, hadisə rayonun Xol Qarabucaq kəndində qeydə alınıb. 

Kənd sakini, 1950-ci il təvəllüdlü İbadov Eyvaz Abdulxeyir oğlu qonşunun antenasını düzəldərkən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./APA