Qriqoryan MKİ direktorunun müavini ilə görüşdü
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun müavini Devid Koenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Bildirilib ki, görüşdə Ermənistan-ABŞ ikitərəfli əməkdaşlığı, eləcə də regional təhlükəsizliklə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, görüş ötən gün baş tutub.