Qubada DƏHŞƏTLİ QƏZA: Yaralıların adları məlum oldu - YENİLƏNİB - FOTO

Quba-Xaçmaz yolunda baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

Qubada DƏHŞƏTLİ QƏZA: Yaralıların adları məlum oldu - YENİLƏNİB - FOTO
Quba-Xaçmaz yolunda baş verən qəzada xəsarət alanların kimliyi bilinib.

meqale.com APA-ya istinadən bildirir ki, xəsarət alan yeddi nəfər Quba sakinləridir.

Xəsarət alanların adları aşağıdakı kimidir:

Fəqan Zalov (14 yaş);

Elxan Zalov (32 yaş);

Tərlan Zalov (29 yaş);

Roman Bağırov (26 yaş);

Fidan Əhmədli (17 yaş);

Vüsalə Həsənova (40 yaş);

Aişə Kərimova (20 yaş).

Yaralılların müalicəsi Quba Mərkəzi Rayon Xəstəxanasında aparılır.

--------

20:39

Qubada mikroavtobusla minik avtomobili toqquşub.

meqale.com APA-ya istinadən bildirir ki, hadisə Quba-Xaçmaz yolunun Zərdabi qəsəbəsindən keçən hissəsində baş verib.

"VAZ 2106" markalı minik avtomobili ilə Quba - Zərdabi marşrutu üzrə işləyən "Mercedes" markalı mikroavtobusun toqquşması nəticəsində yeddi nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Onlar Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir.

Qəzanın başvermə səbəbləri araşdırılır.