Rafael Ağayev bu idmançıları və məşqçiləri tənqid etdi

Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev bəzi idmançıları və məşqçiləri tənqid edib.

Rafael Ağayev bu idmançıları və məşqçiləri tənqid etdi
Karate üzrə dünya və Avropa çempionu Rafael Ağayev bəzi idmançıları və məşqçiləri tənqid edib.

meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, o, əməkdar artist Bəhram Bağırzadə ilə etdiyi canlı yayımda 3-4 nəfərin birləşib keçirdiyi yarışlarda medal qazanıb özünü dünya və Avropa çempionu sayan idmançılara səslənib.

R.Ağayev bildirib ki, dünyada karatenin yalnız WKF versiyasında olan çempionluqlar rəsmidir: "Məndən güclü kimsə yetişə bilər. Ola bilər ki, həmin idmançı 6 dəfə dünya, 15 dəfə Avropa çempionu olsun. Amma heç kim Rafael Ağayev ola bilməyəcək. Karatenin 40 növü var. Bu idmanın WKF versiyası yalnız rəsmidir. İki ildə bir dəfə dünya çempionatı keçirilir. Lakin məşqçilər tələbələri və valideynləri aldadırlar.