“Rafah” keçid məntəqəsi açıldı

Fələstinlə İsrail arasında münaqişə kəskinləşəndən bəri "Rafah" nəzarət-buraxılış məntəqəsi ilk dəfə olaraq Qəzza sektorunu tərk etmək istəyən xarici ölkə vətəndaşları və yaralı fələstinlilər üçün açılıb.

meqale.com Trend-ə istinadən xəbər verir ki, ilk qaçqınlar Qəzza sektoru ilə Misir sərhədini keçməyə başlayıb. Onların arasında xarici ölkə vətəndaşları və ağır yaralanan fələstinlilər də var.

Bir müddət öncə Misirin Qəzza sektorunu tərk etmək istəyən 400 xarici ölkə vətəndaşını qəbul etmək barədə ABŞ və İsraillə müqavilə bağladığı barədə məlumatlar yayılıb.