Rafiq Hüseynov ikiqat dünya çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

Rafiq Hüseynov ikiqat dünya çempionu olub
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatının qalibi olub.

meqale.com APA-ya istinadən bildirir ki, idmançı 82 kiloqram çəki dərəcəsində birinci olub.

İranlı rəqibi Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub edən R.Hüseynov karyerasında ikinci dəfə dünya çempionu tituluna sahib çıxıb.