Rahid Ələkbərli nazir müavini təyin edildi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 31-də Rahid Ələkbərlinin Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

meqale.com-ın məlumatına görə, sərəncama əsasən, Rahid Zahid oğlu Ələkbərli Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.

Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Naxçıvan Muxtar Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rahid Zahid oğlu Ələkbərliyə həvalə edilib.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.