Ramin Hacılının cəzası azaldıldı
Dələduzluqda ittiham olunan ictimai fəal Ramin Hacılı ilə bağlı qərardan verilmiş kassasiya şikayətinə baxılıb.
meqale.com xəbər verir ki, bu barədə APA-ya vəkili Rəşad Əliyev məlumat verib.
Məhkəmədə qərar qəbul edilib. Qərara əsasən, Ramin Hacılının cəzası 11 ay azaldılıb və üzərinə qəti olaraq 6 il 2 ay 20 gün cəza saxlanılıb.
Bundan başqa prokurorluğun verdiyi prosest təmin olunmayıb.
Qeyd edək ki, R.Hacılı 2021-ci ildə vətəndaşların ABŞ, Kanada və Avropa ölkələrinə qanunsuz miqrasiyasını təşkil etməkdə ittiham edilərək həbs edilib.
İctimai fəal kimi tanınan Ramin Hacılı, eyni zamanda Azərbaycan Avropa Hərəkatının sədri olub.