"Real"a şad xəbər: Yaşıl meydanlara qayıdacaq
Cud Bellinqem tez bir zamanda komanda ilə birgə məşqlərə başlayıb.
meqale.com Offsideplus.az-a istinadən xəbər verir ki, "Marca"ya danışan "Real"ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçinin səhhəti barədə müsbət informasiya verib.
"Bellinqem özünü yaxşı hiss etdiyini deyir. O bu gün normal məşq edib. Cud hazırdır, yaxın saatlarda möcüzə baş verməsə, düşünürəm ki, o, "Valensiya" ilə oyuna çıxacaq", - deyə Ançelotti bildirib.
Qeyd edək ki, Cud "Rayo Valekano" ilə oyunda çiyindən zədələnmişdi. meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun