"Real"da Benzemanın tərlətdiyi formanı o geyinəcək - FOTO
"Real Madrid"də 9 nömrəli formanın gənc Qonsalo Qarsiyaya veriləcəyinə görə narazı olan Endrik arzusuna çatıb.
meqale.com xəbər verir ki, braziliyalı hücumçu 10 nömrəni götürən Kilian Mbappenin boşaltdığı formaya sahib çıxıb.
"Real Madrid" ərköyün forvardı küsdürməmək üçün belə addım atıb. İndi o, Mbappedən əvvəl 13 il Kərim Benzemanın tərlətdiyi formada oynayacaq.
Endrik "Real Sosyedad"a icarəyə göndərilmək variantına da razı olmayıb. O, əsas heyətə düşmək uğrunda mübarizə aparmaq niyyətindədir.