“Real”da vacib İTKİ: bu mövsüm top üzü görməyəcək
İspaniya nəhəngi "Real Madrid" ciddi itki ilə üzləşib.
meqale.com xarici mətbuata istinadən xəbər verir ki, komandanın fransalı yarımmüdafiəçisi Eduardo Kamavinqa zədələnib.
O, çempionat oyununda "Xetafe" ilə matçda sıradan çıxıb.
Kamavinqanın sol ayaq vətəri qırılıb. Həkimlər isə ulduz futbolçunun mövsümün geri qalan hissəsini Tv-dən, yaxud stadion tribunalarından izləyəcəyini bildiriblər.