"Real"dan əzmkar qələbə

İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.

İspaniya La Liqasında XXIX turun görüşləri davam edir.

meqale.com xəbər verir ki, günün son matçında "Real Madrid" öz meydanında "Leqanes"i qəbul edib.

Gərgin keçən qarşılaşmanın ilk hissəsini qonaqlar qalib başa vursalar da, "kral klubu" sonda əzmkar oyun sərgiləyərək, rəqibini üstələməyi bacarıb.

Görüş "Real"ın 3:2 hesablı qələbəsi ilə başa çatıb.