"Real"ın ulduzu əməliyyat olundu
"Real"ın ulduz yarımmüdafiəçisi Cud Bellinqem çiynindən əməliyyat keçirib.
meqale.com klubun mətbuat xidmətinə xəbər verir ki, oyunçuya sol çiyninin çıxması diaqnozu qoyulmuşdu.
Onu da bildirək ki, 22 yaşlı Cud ötən mövsümündə "Kral klubu"nun heyətində 58 oyunda, 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.