"Real Madrid" "Liverpul"un daha bir ulduzunu transfer etmək istəyir

"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.

"Real Madrid" klubu növbəti mövsümün sonunda "Liverpul"la müqaviləsinin müddəti başa çatacaq İbrahima Konatenin transferində maraqlıdır.

meqale.com xəbər verir ki, 26 yaşlı müdafiəçi Madrid təmsilçisində 2026-cı ilin yayı üçün bir nömrəli transfer hədəfi olaraq seçilib.

Qeyd edək ki, Konate 2021-ci ildən formasını geyindiyi "Liverpul" klubunda 132 oyun keçirib, 5 qol vurub, 4 qolun ötürməsini edib. Onun "mersisaydlılar" ilə müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaq.