“Real” millidə zədələnən futbolçulara görə onu günahlandırdı

"Real Madrid" klubu Vinisius Junior (Braziliya) və Eduardo Kamavinqanın (Fransa) milli komandalarının düşərgələrində zədələnərək geri qayıtmalarını etirazla qarşılayıb.

meqale.com oxuya istinadən bildirir ki, "Kral klubu" buna görə La Liqa rəhbərliyini, İspaniya Futbol Federasiyasını, xüsusən də FIFA və UEFA-nı günahlandırıb.

Madrid təmsilçilərinin fikrincə, təqvimin həddən artıq yüklənməsi oyunçuların zədələnməsinə səbəb olur.

Məlumat üçün əlavə edək ki, Braziliya millisinin cinah oyunçusu Vinisius Junior DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya ilə son matçda (2:1) zədə alıb. O, fevral ayına qədər yaşıl meydanlardan kənarda qalacaq. E.Kamavinqa isə Fransa millisinin məşqində zədələnib və təxminən 8-10 həftə meydana çıxa bilməyəcək.

meqale.com

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun