Rəfahda zirehli maşın partladı: İsrailin 8 əsgəri öldü
Bu gün Qəzzanın cənubundakı Rəfahda baş verən partlayışda səkkiz İsrail əsgəri həlak olub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
İlkin məlumata görə, partlayan "Namer" zirehli döyüş maşınındakı bütün heyət ölüb.
İnsidentin əvvəlcədən yerləşdirilmiş bomba partlayışı, yoxsa HƏMAS silahlılarının hücumu olduğu dəqiqləşməyib.