Rəisidən İslam ölkələrinə ŞOK ÇAĞIRIŞ: "Onları silahlandırın"
"İslam dünyası ölkələri İsraillə döyüşmək üçün fələstinliləri silahlandırmalıdır".
meqale.com publika.az-a istinadən xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi deyib.
"Əgər sionist rejimin hərbi cinayətləri davam edərsə və Amerika administrasiyası bu qeyri-bərabər müharibəni dayandırmazsa, İslam ölkələri işğala qarşı mübarizədə Fələstin xalqını silahlandıraraq onlara kömək etməlidir", - rəisi deyib.
Bundan əvvəl İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian BMT Təhlükəsizlik Şurası və Beynəlxalq Atom Enerjisi Agentliyini İsrailin nüvəsizləşdirilməsi üçün təcili tədbirlər görməyə çağırıb.