Rekord transfer rəsmiləşdi - Məbləğ
Fransa millisinin futbolçusu Randal Kolo Muani PSJ-yə keçib.
meqale.com qaynarinfo.az-a istinadən xəbər verir ki, bu barədə Paris klubunun rəsmi saytı məlumat yayıb.
25 yaşlı hücumçu PSJ-yə Almaniya "Ayntraxt" klubundan transfer olunub. 23 nömrəli formanı geyinəcək yeni transferlə 5 illik müqavilə imzalanıb. Məlumata görə, Frankfurt təmsilçisi bu keçiddən 95 milyon avro qazanıb. Bu klub tarixində rekordu hesab olunur.