Rəqsanənin qızı Yağmur əməliyyatdan sonra tanınmaz halda - FOTO
Rəqsanə İsmayılovanın qızı Yağmur İsmayılova Instagram hesabında diqqətçəkən bir paylaşım edib.
meqale.com xəbər verir ki, o, illər əvvəl çəkilmiş fotosunu indiki görünüşü ilə müqayisə edərək izləyiciləri ilə bölüşüb.
Sözügedən fotokollajda Yağmurun əvvəlki və indiki görünüşləri arasındakı fərqlər açıq şəkildə nəzərə çarpır. İndi burun əməliyyatı etdirən və xeyli arıqlayan Yağmur, keçmiş fotosunda olduqca kilolu və fərqli bir görüntüyə malikdir. Onun bu dəyişimi izləyiciləri tərəfindən böyük maraqla qarşılanıb.