Rəsmən boşandılar - Vanda Nara qəzəblənib zalı tərk etdi
Qalmaqallı evlilikləri ilə tez-tez gündəmdə olan Mauro İkardi və Vanda Nara rəsmən boşanıblar. Keyta Baldenin məhkəmə zalındakı görüntüləri böhrana səbəb olarkən, Vanda Nara qəzəbindən partlayıb və iclası tərk edib.
meqale.com xəbər verir ki, "Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardi və keçmiş menecer həyat yoldaşı Vanda Nara rəsmən boşanıb. Uzun müddətdir gündəmdə olan cütlüyün boşanma prosesi ikinci iclasda kifayət qədər qalmaqallı keçib.
Boşanma davasının ikinci iclasında Mauro İkardi və Vanda Nara yenidən məhkəmə zalında üz-üzə gəlib. Argentinalı jurnalist Luis Ventura sosial media hesabından verdiyi açıqlamada məhkəmə prosesi ilə bağlı bəzi təfərrüatları paylaşıb.
Ventura iclası "halqa salonu" kimi qiymətləndirərək tərəflərin bir-birini sıxışdırdığını bildirib. O bildirib ki, dinləmənin ən gərgin məqamı əvvəllər adı sevgi şayiələrində hallanan Vanda Nara və Keyta Baldenin görüntülərinin səsləndirilməsi olub.