Rəsmi Bakı 58 xarici jurnalisti "qara siyahı"dan çıxardı - ADLAR
Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin "qara siyahı"dan çıxarılması ilə bağlı bəyanat yayıb.
meqale.com xəbər verir ki, 22 iyul-Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından bəzi şəxslərin adlarının çıxarılması barədə bəyanatın tam mətni aşağıdakı kimidir:
"Bu il Azərbaycanda milli mətbuatın yaranmasının 148 illiyi qeyd olunur.
Milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış "Əkinçi" qəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun şəkildə öz inkişaf dövrünü yaşayır.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda ölkə Konstitusiyası və "Media Qanunu çərçivəsində ifadə və mətbuat azadlığı, jurnalistlərin informasiya toplamaq hüququ təmin olunur, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr hayata keçirilir. Azərbaycanda informasiya məkanında pluralizm prinsipi əsas götürülərək yerli və xarici media subyektlərinin təmsilçilərinin fəaliyyətinə hər cür şərait yaradılır.
Jurnalistlərin tərəfsizlik və obyektivlik prinsipləri əsas götürülməklə fəaliyyətlərinin dəstəklənməsi ölkəmizin əsas prioritetlərindəndir. Medianın bu missiyanı qanunvericiliyə zidd olmayan üsullarla həyata keçirməsi olduqca vacib amillərdəndir.
Milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan- Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region va onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu var.
Bu məqsədlə xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm də Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.
Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli və beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir. Bununla yanaşı, hər il onlarla saxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır və müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır.
Bu il "Heydər Əliyev ili çərçivəsində və Azərbaycan Respublikasında milli mətbuatin yaranmasının 148 illiyində Azərbaycan tərəfi keçmiş işğal olunmuş ərazilərə qanunsuz səfər etmiş 58 nəfər xarici media nümayəndələrinin adlarının bu siyahıdan çıxarılmasına dair qərar qəbul edib. Beləliklə, adları dərc olunan şəxslərin Azərbaycan ərazisinə daxil olmasına qoyulan qadağa aradan qaldırılıb".
Azərbaycan Respublikasının ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısından adları çıxarılmış bəzi media nümayəndələrinin siyahısı:
N:
Ad və soyadın orijinal yazılışı
Vətəndaşlığı
Cinsi
Doğum tarixi
Məlumat
Siyahıya salınması üçün əsas (qanunsuz səfərin tarixi)
1
Адарья Гуштын
Belarus Respublikası
Qadın
-
Jurnalist
25 may 2016-cı il
2
Ahto Lobjakas
Estoniya Respublikası
Kişi
23.10.1970
"Postimees"-in kolumnisti
07 avqust 2014-cü il
3
Alex Domenech
Pascual
İspaniya Krallığı
Kişi
16.12.1993
Fotoqraf
Sentyabr 2016-cı il
4
Александр Колесниченко
Rusiya Federasiyası
Kişi
-
"Аргументы и факты" qəzetinin müxbiri
18-23 Mart 2015-ci il
5
Александр
Виноградов
Rusiya Federasiyası
Kişi
-
"Авторевю" jurnalının
müxbiri
5 noyabr 2012-ci il
6
Anastasia
Vlasova
Ukrayna
Qadın
-
Jurnalist
13 may 2016-cı il
7
Andreas Brenner
Almaniya Federativ
Respublikası
Kişi
16.08.1971
Jurnalist
-
8
Andreas Zecher
Almaniya Federativ Respublikası
Kişi
1953
Jurnalist
-
9
Andreas
Schneitter
İsveçrə
Konfederasiyası
Kişi
1978
Jurnalist
Sentyabr 2011-ci il
10
Анна Мамонова
Ukrayna
Qadın
1984
"Комсомольская
Правда" qəzetinin müxbiri
7-8 sentyabr 2010-cu il
11
Beso
Khvedelidze
Gürcüstan
Kişi
18.12.1872
"Ədəbi palitra" jurnalının
redaktoru
21 mart 2012-ci il
12
Danev Hrissimir Jordanov
Bolqarıstan Respublikası
Kişi
24.09.1955
Bolqarıstan Milli Televiziyasının operatoru
Noyabr 2012-ci il
13
Дмитрий
Александрович Бавырин
Rusiya Federasiyası
Kişi
-
"ÜDM" ("ВВП") jurnalının
baş redaktorunun müavini
-
14
Elena Daniela
Dumitru
Rumıniya Respublikası
Qadın
14.11.1985
"Adevarul" qəzetinin
jurnalisti
18-23 Mart 2015-ci il
15
Francesko Manca
İtaliya Respublikası
Kişi
11.08.1961
Operator jurnalist
İyul 2011-ci il
16
Fjodor Simmul
Almaniya Federativ
Respublikası
Kişi
-
"ARD" ictimai
televiziyasının operatoru
2016-cı il
17
Holger Diedrich
Almaniya Federativ
Respublikası
Kişi
-
Fotoqraf
May 2015-ci il
18
Javier Colas
Escalera
İspaniya Krallığı
Kişi
22.12.1982
Jurnalist
May 2016-ci il
19
Иван Прозоров
Rusiya Federasiyası
Kişi
11.01.1976
"Первый Канал"
telekanalının müxbiri
3 aprel 2016-cı il
20
Jose Luis Santos
Portuqaliya
Respublikası
Kişi
1980
Yazar səyahətçi
May 2015-ci il
21
Константин
Сорокин
Rusiya Federasiyası
Kişi
-
"Авторевю" jurnalının
müxbiri
5 noyabr 2012-ci il
22
Lena Mucha
Almaniya Federativ Respublikası
Qadın
19.03.1983
Fotoqraf
13 sentyabr 2016-cı il
23
Людмила
Деменкова
Belarus Respublikası
Qadın
-
Bloqer
Mart 2016-cı il
24
Mark John Stratton
Böyük Britaniya və Şimalı İrlandiya
Kişi
03.07.1970
Sərbəst fotoqraf
Sentyabr 2014-cü il
25
Marko Pogacar
Xorvatiya Respublikası
Kişi
1984
"Quorum" və "Zarez"
jurnallarının baş redaktoru, yazıçı
2011-ci il
26
Marco Barbieri
İtaliya Respublikası
Kişi
21.08.1961
Bloqer
Avqust 2015-ci il
27
Martin Theis
Almaniya Federativ
Respublikası
Kişi
1985
Sərbəst jurnalist
Mart 2016-cı il
28
Monika Horakova
Çex Respublikası
Qadın
19.10.1983
Çexiya radiosunun əməkdaşı
18-23 Mart 2015-ci il
29
Naomi Conrad
Almaniya Federativ
Respublikası
Qadın
05.05.1983
"Deutsche Welle"- nin
müxbiri
1 sentyabr 2016-cı il
30
Novak Tamas
Macarıstan
Kişi
29.01.1990
Jurnalist
-
31
Олександра
Рыжакова
Rusiya Federasiyası
Qadın
-
Jurnalist/ ictimai xadim
25-30 avqust 2013-cü
il
32
Oleq Kulik
Ukrayna
Kişi
31.05.1969
"ICTV" telekanalının müxbiri
7-8 sentyabr 2010-cu il
33
Rui Barbosa
Batista
Portuqaliya
Respublikası
Kişi
17.11.1970
Bloqer
2008-ci il
34
Slawomir Zagorski
Polşa Respublikası
Kişi
-
http://facet.interia.pl/ saytının müxbiri
2016-cı il
35
Stefanno Bizzarri
İtaliya Respublikası
Kişi
-
Operator jurnalist
İyul 2011-ci il
36
Shioban Gets
Avstriya Respublikası
Qadın
-
"Wieneer Zeitung"
qəzetinin müxbiri
3 may 2016-cı il
37
Dietmar Schumann
Almaniya Federativ Respublikası
Kişi
17.03.1951
"ZDF" televiziyasının Berlin bürosunun redaktoru
-
38
Татьяна Козак
Ukrayna
Qadın
-
Jurnalist
May 2016-cı il
39
Thomas Schmid
Almaniya Federativ
Respublikası
Kişi
"Berliner Zeitung"
qəzetinin jurnalisti
May 2015-ci il
40
Jakob Schnetz
Almaniya Federativ
Respublikası
Kişi
1991
Sərbəst fotojurnalist
Mart 2016-cı il
41
Evgeni Genov
Bolqarıstan Respublikası
Kişi
19.11.1988
Bolqarıstanın "BTV" telekanalının operatoru
7-15 may 2016-cı il
42
Julia Prosinger
Almaniya Federativ
Respublikası
Qadın
1985
"Der Tagesspiegel"
qəzetinin jurnalisti
Sentyabr 2013-cü il
43
Zeidler Meik
Almaniya Federativ
Respublikası
Kişi
24.01.1960
"ZDF" telekanalının
müxbiri
-
44
Famega Syavira Putri
İndoneziya Respublikası
Qadın
11.07.1985
Jurnalist
Oktyabr 2016-cı il
45
Светлана
Курчитская
Rusiya Federasiyası
Qadın
-
Rusiyanın "Leninqrad"
televiziya kanalının jurnalisti
-
46
Gus Palmer
Kişi
-
"Al Jazeera" telekanalının
müxbiri
9-13 fevral 2018-ci il
47
Sina Bohsung
Almaniya Federativ
Respublikası
Qadın
-
Bloqer
22 sentyabr 2018-ci il
48
Niels Angne
Almaniya Federativ
Respublikası
Kişi
-
Bloqer
-
49
Deepanshu
Sangwan
Hindistan
Kişi
09.11.1993
Səyyah-bloger.
10 İyul 2018-ci il
50
Sandijs
Semjonovs
Latviya Respublikası
Kişi
-
Jurnalist
Avqust 2018-ci il
51
Mark Hegeval
Almaniya Federativ
Respublikası
kişi
1972
Markmobil səyahət
bloqunun müəllifi
2019-cu il
52
Андрей
Баклашов
Rusiya Federasiyası
kişi
19.03.1985
alpinist, velosipedçi,
blogerdir.
Avqust 2019-cu il
53
Bruno Pontiggia
İtaliya Respublikası
kişi
1990
Səyyah-bloger.
Oktyabr 2019-cu il
54
Shota Ueno
Yaponiya
kişi
-
Səyyah-bloger
Oktyabr 2019-cu il
55
Dudu Yang
Çin (Avstraliyada
yaşayır)
qadın
-
Bloger və musiqiçi
Noyabr 2019-cu il
56
Noriko Sumiya
Yaponiya
qadın
-
Bloger
Noyabr 2019-cu il
57
Fady Hanna
Misir
kişi
-
Fotoqraf, səyyah
Yanvar 2019-cu il
58
Varvara Jlutenko
Ukrayna
Qadın
16.05.1982
"Profil" jurnalının müxbiri
7-8 sentyabr 2010-cu il
meqale.com