Rəsmi Moskva Avropa İttifaqını hədələdi
Moskva öz aktivlərinin Avropa İttifaqı tərəfindən mümkün müsadirəsinə ticarət müharibəsi kimi baxır və buna cavab çox sərt olacaq.
meqale.com APA-ya istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, bir sıra Qərb yurisdiksiyalarında qeyri-qanuni bloklanmış Rusiya aktivlərinin mümkün müsadirəsi ilə bağlı Moskvanın mövqeyi dəyişməz olaraq qalır.