Rəsmi Moskvadan Simonyanın anti-Rusiya ritorikasına REAKSİYA
Ermənistan parlamentinin sədri Alen Simonyanın açıq-aşkar anti-Rusiya ritorikasına prinsipial qiymət verilməsi xahişi ilə Ermənistan parlamentarilərinə müraciət ünvanlanıb.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib.
M.Zaxarova xatırladıb ki, A.Simonyanın anti-Rusiya mövqeyi ilə bağlı Federasiya Şurasının sədri Valentina Matviyenko və Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin də müvafiq bəyanatlarla çıxış ediblər.