Restoranda yemək yeyərkən maşın vurdu - VİDEO

ABŞ-nin Texas ştatının Hyuston şəhərində yerləşən restoranların birində çəkiliş edən "foodblogger"lər Nina Santiago və Patrick Blackwood ağır qəzadan son anda xilas olublar.

meqale.com xəbər verir ki, pəncərə kənarında yemək yeyən ikilini maşın vurub. Belə ki, idarəetməni itirən avtomobil restoranın şüşələrini qıraraq içəri girib.

Bloqerlər yüngül xəsarət alıblar.

Hadisənin görüntüləri qısa zamanda sosial şəbəkə vasitəsi ilə milyonlarla insana çatıb və sosial şəbəkələrdə geniş müzakirə olunub.