Rəsul Quliyev də İlham Əliyevi dəstəklədi
Milli Məclisin sabiq sədri, uzun müddətdir ABŞ-də yaşayan Rəsul Quliyev növbədənkənar Prezident seçkilərində İlham Əliyevi dəstəklədiyini bildirib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumat R.Quliyevin fəxri üzvü olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında açıqlanıb.
Eks-spiker partiya üzvlərini İlham Əliyevi dəstəkləməyə çağırıb.
Qurultayda onun müraciəti müsbət qiymətləndirilib və GAP-ın seçkilərdə Prezident İlham Əliyevin namizədliyini dəstəkləməsi barədə qərar qəbul olunub.