Reysə gecikən amerikalı üçün FACİƏ: Təyyarənin motoru onu özünə çəkdi - FOTO
ABŞ-də Solt-Leyk-Siti aeroportunda dəhşətli hadisə baş verib. Belə ki, reysə gecikən kişi uçuş eniş zolağına qaçaraq hərəkət edən təyyarənin qarşısına çıxıb. Lakin hava gəmisinin motoru onu özünə çəkib.
meqale.com oxuya istinadən xəbər verir ki, faciə nəticəsində kişi yerindəcə keçinib.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.
Kadrlardan aydın olur ki, kişi əvvəlcə terminaldan keçmək istəyir, buna nail olmadıqda ehtiyat çıxışının qapısını sındıraraq uçuş-eniş zolağına çıxıb.
Hadisənin səbəbləri araşdırılır.