Roma Papasıdan İran və İsrailə ÇAĞIRIŞ
Roma Papası XIV Leo vəziyyətin gərginləşməsi və qarşılıqlı hava hücumları fonunda İran və İsraili ağlabatan hərəkət etməyə və dialoqu davam etdirməyə çağırıb.
meqale.com xəbər verir ki, Müqəddəs Pyetro kilsəsində çıxışı zamanı o, hadisələrin inkişafını dərin narahatlıqla izlədiyini bildirib.
"Belə incə məqamda mən təcili olaraq məsuliyyətə və ağıllı davranışa çağırıram", - pontifik vurğulayıb.
O qeyd edib ki, nüvə təhlükəsindən azad daha təhlükəsiz dünya qurmaq istəyi qardaşlıq və ümumi mənafeyə əsaslanan ədalətli və davamlı sülhə nail olmağa yönəlmiş hörmətli dialoqa və səmimi görüşlərə əsaslanmalıdır.