Ronaldo dünya çempionatında oynamayacaq
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun futbolçusu Kriştiano Ronaldo klublararası dünya çempionatında oynamayacağını bildirib.
meqale.com xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında bildirib:
"Demək olar ki, klublararası dünya çempionatında iştirak etməməyim qərara alınıb. Çoxlu təkliflər almışam. Danışıqlar, təmaslar olub. Amma qısa, orta və uzunmüddətli perspektivdə düşünmək lazımdır".