Ronaldo Tacikistana, Benzema və Neymar Özbəkistana gedəcək

Asiya Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi başa çatıb.

Ronaldo Tacikistana, Benzema və Neymar Özbəkistana gedəcək
Asiya Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi başa çatıb.

meqale.com lente istinadən bildirir ki, Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" E qrupunda yer alıb və "İstiklol" (Düşənbə, Tacikistan), "Əl-Duhail" (Qətər) və "Persepolis" (İran) klubları ilə qarşılaşacaq.

Kərim Benzemanın çıxış etdiyi "Əl-İttihad" C qrupunda "Sepahan" (İran), "Əl-Kuva" (İraq) və AGMC (Almalıq, Özbəkistan) komandaları ilə oynayacaq.

D qrupunda yer alan və Neymarın oynadığı "Əl-Hilal komandası İranın "Nassaji Mazandran", "Mumbai Siti" (Hindistan) və "Navbahor" (Namanqan, Özbəkistan) komandaları ilə üz-üzə gələcək.