Ronaldonun başçılıq etdiyi SİYAHI
XXI əsrdə milli çempionatlarda ən çox qol vuran avropalı futbolçular bəlli olub.
meqale.com İdman.Biz-ə istinadən bildirir ki, siyahını İFFHS tərtib edib.
Cədvəldə 2001-23-cü illərdə ən azı 200 qol vuranlar yer alıb. Buna 41 futbolçu nail olub.
Kriştiano Ronaldo 1-ci pillədə yer alıb. O, 532 qola imza atıb.
Azərbaycan futbolçuları siyahıya düşməyib. 236 qol vuran türkiyəli Burak Yılmaz 15-ci yerə şərikdir.
1. Kriştiano Ronaldo (Portuqaliya) - 532 2. Zlatan İbrahimoviç (İsveç) - 393 3. Robert Levandovski (Polşa) - 375 4. Kərim Benzema (Fransa) - 290 5. Martin Kamburov (Bolqarıstan) - 287 6-7. David Vilya (İspaniya) - 280 Andre-Pyer Jinyak (Fransa) - 280 8. Ris Qriffits (Uels) - 272 9. Eran Zahavi (İsrail) - 269 10. Deyan Damlyanoviç (Monteneqro) - 268