Rövşən Rüstəmov rəisi vəzifəsindən azad etdi
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin (Tibb Xidməti) rəisi işdən çıxarılıb.
meqale.com "Qaynarinfo"ya istinadla xəbər verir ki, 2014-cü ildən sözügedən xidmətin rəisi olan, "Əməkdar həkim" adını daşıyan Adil Əvəz oğlu Şükürov vəzifəsindən azad olunub.
Digər əmrlə Həkim-Sanitar Xidmətinin rəisi vəzifəsinə Fəxrəddin Azad oğlu Hümbətov təyin edilib.