Rus ordusu Slavyansk və Kramatorsku atəşə tutdu - FOTOlar
Rusiya ordusu Ukraynanın Donetsk vilayətində Slavyansk və Kramatorsku atəşə tutub.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin məlumat verib.
Məlumata görə, evlərdən birinin dağıntıları altında 14 və 16 yaşlı yeniyetmələr də daxil olmaqla, 4 nəfərlik ailə qalıb. Ümumilikdə şəhərdə 2 ev dağılıb, daha 23 evə ziyan dəyib.