Rus ordusunda atışma: ölənlər var
Rusiyanın Kursk vilayətinin Rılski rayonunda rus ordusunun hərbçisi avtomatdan atəş açaraq üç yoldaşını güllələyib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.
Məlumata görə, əsgər müharibədə iştirak etməkdən imtina edib:
"O, iki gün əvvəl Kursk yaxınlığına köçürülüb, daha sonra isə sərhəd zonasına göndərilib. Hərbçinin psixi problemləri olduğu və məhz bu səbəbdən döyüş əməliyyatlarında iştirakdan imtina etdiyi barədə informasiyalar da var".