Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi: İlk dəfə

Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın "Bradley" piyada döyüş maşınını qənimət götürdülər.

Rusiya ABŞ-ın bu texnikasını ələ keçirdi: İlk dəfə
Rusiya hərbçiləri ilk dəfə ABŞ-ın "Bradley" piyada döyüş maşınını qənimət götürdülər.

meqale.com publika.az-a istinadən xəbər verir ki, bu barədə "Rybar" Telegram kanalı məlumat verib.

Bildirilir ki, döyüş maşını arxa cəbhəyə təhlükəsiz şəkildə təxliyə edilib .

Kanalın məlumatına görə, döyüş maşını Ukrayna Silahlı Qüvvələrinin 47-ci mexanikləşdirilmiş briqadasına məxsus olub.

"Bradley" piyada döyüş maşınlarının Ukraynaya verildiyi bu ilin əvvəlində elan edilib. Ukrayna Silahlı Qüvvələrinin hazırda bir neçə yüz texnikası var.