Rusiya Afrikaya pulsuz taxıl göndərəcək
Rusiya taxılının yaxın zamanlarda Afrikaya pulsuz tədarükü yaxın həyata keçiriləcək.
meqale.com Trend-ə istinadən xəbər verir ki, bu barədə Rusiya kənd təsərrüfatı naziri Dmitri Patruşev məlumat verib.
Nazir bildirib ki, hələlik söhbət altı ölkədən və 25-50 min ton həcmində taxılın tədarükündən gedir.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin daha öncə ölkəsinin Burkina Faso, Mali və Eritreyaya, hər birinə 25-50 min ton olmaq şərti ilə, taxıl tədarük etməyə hazır olduğunu bildirmişdi.