Rusiya bu azərbaycanlı qadını beynəlxalq axtarışa verdi - FOTO
Rusiya hüquq-mühafizə orqanları azərbaycanlı qadını beynəlxalq axtarışa verib.
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Interpol"un rəsmi saytında məlumat yerləşdirilib.
Məlumata görə, Gövhər Ağaverdiyeva terror təşkilatının fəaliyyətində, habelə xarici dövlətin ərazisində onun federal qanunu ilə nəzərdə tutulmayan silahlı birləşmədə iştirak etməkdə təqsirləndirilir.