Rusiya Donetski vurdu - 11 ölü, 37 yaralı - YENİLƏNİB - FOTO

16:58  

Rusiya Donetski vurdu - 11 ölü, 37 yaralı - YENİLƏNİB - FOTO
16:58  

Rusiya qüvvələrinin Ukraynanın Donetsk vilayətinin Kostyantinivka şəhərində mağazanı vurması nəticəsində ölənlərin sayı 11-ə çatıb.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluluğu məlumat yayıb.

Yaralananların sayı 37 nəfərə çatıb.

-------- 15:07 Rusiya Ukraynanın Donetsk vilayətində Kostyantinivka şəhərində mağazanı vurub, ölənlər və yaralananlar var.

meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Donetsk hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" hesabında məlumat verib.

Onun sözlərinə görə, Rusiya qüvvələri Kostyantinivka şəhərində böyük supermarketi artilleriya ilə vurub.