Rusiya Ermənistanda ikinci baş konsulluq açacaq
Rusiya Ermənistanda ikinci baş konsulluq açmağı planlaşdırır.
meqale.com APA-ya istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov "Komsomolskaya pravda" nəşrinə müsahibəsində deyib.
Diplomat qeyd edib ki, Qafan şəhərində yeni baş konsulluğun açılması nəzərdə tutulur.
Bundan əlavə, Burkina-Faso və Ekvatorial Qvineyada səfirliklərin, Qazaxıstanın Aktau, Özbəkistanın Səmərqənd şəhərlərində, İndoneziyada baş konsulluqların açılması ilə bağlı artıq qərarlar qəbul edilib.
meqale.com
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun