“Rusiya faşistlərin İrəvandakı yürüşündən dərin narahatlıq keçirib”
"Yanvarın 1-i İrəvanın mərkəzində bir qrup faşist gəncin keçirdiyi yürüşü dərin narahatlıqla qəbul etdik".
meqale.com qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, Rusiya Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin yürüşə mane olmamasına təəccüblənib: "Hesab edirik ki, nasizmin istənilən təzahürlərini kökündən dayandırmaq lazımdır".