Rusiya ilə savaş başlasa, bu regionu məhv edəcəyik - Litva
Rusiya NATO ilə hərbi münaqişəyə başlasa, ilk növbədə Kalininqrad "zərərsizləşdiriləcək".
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus X səhifəsində yazıb.
Diplomat qeyd edib ki, İsveç NATO-ya daxil olduqdan sonra Baltik dənizi alyansın daxili dənizinə çevriləcək.
"Rusiyanın NATO tərəfindən mühasirəyə alınması ilə bağlı əvvəlki ittihamlar indi reallığa çevrilir", - Linkyaviçyus bildirib.