Rusiya Marsın peykindən torpaq gətirmək istəyir
Rusiyada Marsın peyki - Fobosdan torpaq gətirə bilən planetlərarası "Bumeranq" stansiyasının buraxılması planlaşdırılır.
meqale.com lente istinadən bildirir ki, "Bumeranq" Mars, onun Fobos və Deimos peyklərini uzaqdan və əlaqə üsulları ilə tədqiq etmək üçün Expedition-M layihəsinin birinci mərhələsidir. Stansiyanın 2030-cu ildən sonra buraxılması planlaşdırılır.
Qeyd edilir ki, missiyanın əsas vəzifələri cazibə qüvvəsi olmadıqda cisimlərə enmək və Fobosdakı maddə nümunələrinin Yerə çatdırılmasıdır.