Rusiya ordusu 6 istiqamətdə hücuma keçdi
Rusiya ordusu Kupyansk, Baxmut, Avdeyev, Marinsk, Şaxtyor və Zaporojye istiqamətlərində uğursuz hücum əməliyyatları keçirib.
meqale.com axar.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna Müdafiə Qüvvələrinin aviasiyası gün ərzində şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi ərazilərə 13, düşmənin zenit-raket komplekslərinə isə 2 zərbə endirib.