Rusiya səhvən öz qırıcısını VURDU
Rusiya hava hücumundan müdafiə sistemləri Ukraynanın pilotsuz uçan aparatlarının Krımdakı obyektlərə hücumunu dəf edərkən səhvən öz qırıcısını vurub.
meqale.com xəbər verir ki, bu barədə Ukrayna hərbi-dəniz qüvvələrinin sözçüsü Dmitri Pletençuk "Apostrof" efirində bildirib.
O həmçinin qeyd edib ki, yarımadaya gecə zərbələrindən sonra Qvardeyskdə neft bazasında yanğın başlayıb.
Qeyd edək ki, Rusiya Hava Hücumundan Müdafiə qüvvələri oktyabrın 16-dan 17-nə keçən gecə yeddi region üzərində Ukraynaya məxsus 61 sabit qanadlı pilotsuz uçuş aparatını (PUA) vurub.
meqale.com