"Rusiya və Ermənistan arasındakı münasibətlər artıq münaqişə səviyyəsindədir"
Rusiya və Ermənistan arasında narazılıqlar artıq neçə müddətdir ki, davam edir.
meqale.com xəbər verir ki, bunu Trend-ə açıqlamasında siyasi ekspert Turab Rzayev bildirib.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər artıq münaqişə səviyyəsindədir və bir-birinə qarşı əks siyasi addımlar atırlar.
"Xüsusilə Ermənistan Rusiyadan uzaqlaşır, bağladığı müqavilələrin şərtlərini yerinə yetirmir və Qərbə yaxınlaşmaq istəyir. Bir sözlə, Ermənistan Rusiyaya qarşı istədiyi kimi hərəkət edir, bu da münasibətlərdə ziddiyyətlərin dərinləşməsinə gətirib çıxarır. Rusiyanın hərbi bazasını, hava sərhədlərini Ermənistandan çıxarmaq kimi məqsədləri var.
İndiyə qədər Rusiya bunu anlasa da, ölkələr arasında münasibətləri pozmaq istəmirdi. Müəyyən mesajlarla və təzyiqlə bunun qarşısını alırdılar. Lakin iki ölkə arasında vəziyyət o qədər gərgindir ki Rusiya bunu gizlətməyə ehtiyac duymur. Açıq şəkildə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında iştirakını dondurması, İrəvan aeroportundan rusiyalı hərbçiləri çıxarması göstərir ki, iki ölkə arasında bağlar qopmaq üzrədir. Bunun üçün dəridən-qabıqdan çıxan Qərbin Paşinyana verdiyi müxtəlif təlimatlar əsas rol oynayır.
Bu yaxınlarda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıq şəkildə bildirdi ki, onlar Ermənistanı iqtisadi cəhətdən blokadaya ala bilərlər. Ermənistan büdcəsi, demək olar ki, Rusiya iqtisadiyyatından asılıdır", - o deyib. meqale.com Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun