Rusiya və İran “3+3” formatını müzakirə etdi
Rusiya XİN rəhbərinin müavini Mixail Qaluzin və İran səfiri Kazem Cəlali Cənubi Qafqazda "3+3" formatının fəaliyyətinin bərpasını müzakirə ediblər.
meqale.com Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Diplomatlar Cənubi Qafqazda "3+3" (Azərbaycanın, Ermənistan, Gürcüstan, Rusiya, Türkiyə və İran) formatında əməkdaşlığın bərpasının zəruriliyini qeyd ediblər.
Görüşdə tərəflər, həmçinin, bir sıra aktual beynəlxalq və regional mövzuları müzakirə edib.