Rusiya vurdu: 2 fransız öldü, 3-ü yaralandı – Sejurne hədələdi

Ukraynada humanitar işlərlə məşğul olan iki Fransa vətəndaşı ölüb.

Rusiya vurdu: 2 fransız öldü, 3-ü yaralandı – Sejurne hədələdi
Ukraynada humanitar işlərlə məşğul olan iki Fransa vətəndaşı ölüb.

meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Stefan Sejurne deyib.

"Rus vandalizmi Ukraynanın mülki əhalisinə qarşı yönəlib. İki fransız Ukrayna xalqına humanitar yardım göstərmə öhdəliyinə görə canlarını verdi. Rusiya öz cinayətlərinə görə cavab verəcək", - Sejurne X hesbında yazıb.

Fransanın xarici işlər naziri 3 nəfərin yaralandığını qeyd edib.