Rusiyada 6.5 bal gücündə zəlzələ oldu

Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

Rusiyada 6.5 bal gücündə zəlzələ oldu
Sakit okeanda, Şimali Kuril adaları yaxınlığında 6.5 bal gücündə zəlzələ qeydə alınıb.

meqale.com xəbər verir ki, Rusiya KİV-nin yaydığı məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Saxalin filialı məlumat yayıb.

Zəlzələnin episentrinin Severo-Kurilsk şəhərindən 232 kilometr cənub-şərqdə yerləşdiyi bildirilir. Yeraltı təkanların ocağı 62 kilometr dərinlikdə olub.

Severo-Kurilskdə zəlzələ 3-4 bal gücündə hiss edilib. Məlumata görə, sunami təhlükəsi elan olunmayıb.