Rusiyada 7,5 min hektar ərazi yanır
Gün ərzində Buryatiyada ümumilikdə 2 yeni meşə yanğını aşkar edilib, bölgədə ümumi sahəsi 7,5 min hektardan çox olan 16 yanğın aktivləşib.
meqale.com axar.az-a istinadən xəbər verir ki, bu barədə Buryatiya Meşə Təsərrüfatı Agentliyi məlumat yayıb.
"Hazırda respublika ərazisində meşə yanğınlarının əhatə etdiyi ərazi 7689 hektardır", - məlumatda qeyd edilib.
Respublikada regional fövqəladə vəziyyət rejimi qüvvədədir.